Kürdəmirdə 51 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb


21:56     27 Yanvar 2022 22_01_27_1643306210.jpg

Kürdəmirdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə rayonun Atatürk küçəsində qeydə alınıb.

Belə ki, 2 uşaq anası, 51 yaşlı rayon sakini İbrahimova Pakizə Bəhlul qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 472