Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


10:30     28 Yanvar 2022 22_01_28_1643350079.jpg

Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Əziz Rəhimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Femida.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında Yasamal rayonunda qeydə alınıb. Belə ki, Ə.Rəhimov 1992-ci il təvəllüdlü Yasəf Əliyevi mübahisə zəminində bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın və kürək nahiyəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Ə.Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Açar sözlər:

Oxunub: 400