Binəqədi Rayon İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olunub


12:26     28 Yanvar 2022 22_01_28_1643354826.jpg

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

"Report" xəbər verir ki, bu vəzifəyə Hacıbaba Adil oğlu Babayev təyinat alıb.

Qeyd edək ki, H.Babayev daha əvvəl RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 439