İcra hakimiyyətinin qarşısına bomba qoyulub..." - Bakıda həyəcan, həbs edilən kimdir?


12:41     28 Yanvar 2022 22_01_28_1643355734.jpg

Səbail Rayon İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs tutulub.

Femida.az xəbər verir ki, yanvarın 27-si saat 16 radələrində naməlum şəxs FHN-nin 112 xidmətinə zəng edərək adıçəkilən İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyib.

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü E.Q olduğu məlum olub. Həmin şəxs saxlanılıb və onun ruhi xəstə olduğu müəyyən edilib. O, psixiatriya xəstəxanasına yerləşdirilib.

Açar sözlər:

Oxunub: 438