Zakir Həsənov ordu rəhbərliyinə yeni tapşırıqlar verib


16:55     28 Yanvar 2022 22_01_28_1643373688.jpg

"Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də prioritet məsələ olacaq".

Femida.az -ın xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov 2021-ci ilin yekunlarına dair nazirliyin kollegiya iclasında deyib.

Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

Açar sözlər:

Oxunub: 447