Füzulidə traktor minaya düşüb


19:14     28 Yanvar 2022 22_01_28_1643378007.jpg

Füzuli rayonunda traktor minaya düşüb.

Bu barədə Femida.az -IN sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 553