Rövnəq Abdullayev təcili Tiflisə getdi


21:21     13 Yanvar 2016 fgbvfffff.jpg


SOCAR prezidenti Rövnəq Abdullayev Tiflisdə dövlət rəsmiləri ilə görüşlər keçirib.

Femida.az gürcü KİV-nə istinadən xəbər verir ki, görüşdə baş nazir Georgi Kvirikaşvili, həmçinin Gürcüstanın enerji naziri, nazirin müavini iştirak edib.


Yerli medianın yazdığına görə, bütün suallara SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun cavab verəcəyi gözlənilsə də, şirkətin prezidenti R.Abdullayev gözlənilmədən Gürcüstana səfər edib. Görüş bağlı qapılar arxasında keçirilib.

Gürcüstanın enerji naziri Kaxa Kaladze görüşdən sonra bildirib ki, hazırki dövrdə defisiti Azərbaycandan alınan təbii qazla doldurmaq mümkün deyil. Görüşdə Gürcüstana Azərbaycan qazının ixracını artırmaq imkanları və yanacağın qiyməti müzakirə edilib. Nazir eyni zamanda, vurğulayıb ki, danışıqlar heç bir halda Azərbaycanın bu ölkəyə əsas qaz ixracatçısı olmasını şübhə altına almayacaq.

Qeyd edək ki, Kaladze daha əvvəl də açıqlamışdı ki, Azərbaycan təbii qazı yetərli olmadığı üçün Gürcüstan “Qazprom”dan qaz almağı planlaşdırır və bununla bağlı qarşı tərəflə danışıqlar aparılır.

Onu da əlavə edək ki, Enerji naziri Kaxa Kaladze ilə "Qazprom” rəhbəri Aleksey Millerin görüşü Gürcüstanda ajiotaja səbəb olmuşdu. Ölkənin müxalif partiyaları və yerli ekspertlər “Qazprom”la əməkdaşlığın Gürcüstanı enerji azadlığından məhrum edəcəyi qənaətindədirlər.

Açar sözlər:

Oxunub: 886