Beyləqanda avtomobil ağaca çarpılıb, ölən var


16:14     31 Yanvar 2022 22_01_31_1643622870.jpg

Beyləqan rayonunda avtomobil ağaca çarpılıb, ölən var.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 29-da saat 20 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində 2-ci Şahsevən kənd sakini Elşad Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 510