Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb


18:14     31 Yanvar 2022 22_01_31_1643629462.jpg

Gürcüstanda iki nəfər Azərbaycan vətəndaşı itkin düşüb.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin 2021-ci il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, ötən il Gürcüstanda ümumilikdə 163 nəfər itkin düşüb ki, onların 112-si tapılıb, 51-nin axtarışları isə davam etdirilir.

İtkin düşənlərin 159-u Gürcüstan vətəndaşıdır ki, onların 12-nin meyti tapılıb. Moldovanın itkin düşmüş iki vətəndaşının da meyiti aşkarlanıb.

Açar sözlər:

Oxunub: 493