Nazir qəhrəman müəllimin məktəbini seçdi - Son zəng


15:03     29 May 2015 201E119C-8BB8-4A81-B860-9753EE0AE06D_mw1024_s_n.jpg


Təhsil naziri Mikayıl Cabbarov bu gün "Son zəng" tədbirində iştirak etmək üçün Sabirabaddakı məktəblərdən birində olacaq.

Femida.az xəbər verir ki, bu barədə Report-a nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, M.Cabbarov şagirdini xilas edib, özü Kürdə batan qəhrəman müəllim Əhliman Hüseynovun vaxtilə işlədiyi Sabirabad şəhəri 5 saylı orta məktəbdəki "Son zəng" tədbirində iştirak edəcək.

Xatırladaq ki, hadisə ötən ilin dekabr ayında baş verib. Sabirabadın Cavad kənd sakini, 5 saylı şəhər orta məktəbində müəllim işləyən 58 yaşlı Əhliman Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qəza nəticəsində körpüdən çaya düşmüşdü. O maşındakı şagirdi 9 yaşlı Güldəstənin həyatını xilas edən zaman çayda boğulmuşdu.

Qeyd edək ki, Təhsil Nazirliyi Ə.Hüseynovun qəhrəmanlığını yüksək qiymətləndirib və qurumun maliyyə dəstəyi ilə onun ailəsinə ev tikilib.

Açar sözlər:

Oxunub: 718