Baba və nəvə yol qəzasında öldü


11:14     02 Fevral 2022 qeza_avto.jpg

Ağcabədidə yol qəzası iki nəfərin ölümünə səbəb olub.

Hadisə Aran qəsəbəsi - Bəhramtəpə magistral yolunda qeydə alınıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yolun Ağcabədi rayon Qaravəlli kəndi sahəsindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni istiqamətdə olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan baba və nəvə həlak olub. Onlar Ağcabədi rayon Təzəkənd kənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.

Faktla bağlı araşdırma başlanıb.


Açar sözlər:

Oxunub: 362