İki avtobus toqquşdu: yaralılar var
15:14 29 May 2015
Bu gün Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu bir-birinə çırpılıb.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən Anspress-ə verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "Komsomolski" dairəsi adlanan ərazidə Mərdəkandan şəhərə gələn 100 saylı, "Daewoo" markalı, 10 TY 274 nömrə nişanlı avtobusla "Hyundai" markalı avtobus toqquşub.
Qəza nəticəsində sərnişin avtobusunda 4 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, qəzaya uğrayan "Hyundai" markalı avtobus Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsus olub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1083
Oxşar xəbərlər
- İkimərtəbəli ev yanıb
- İki qardaş birləşib narkotik əkdi - Salyanda
- İki körpə diri-diri yandı - Qobustanda faciə
- İki rayonun Yol Polisi rəisi dəyişdirildi
- İkimərtəbəli ev yanıb
- İki məhkum xəstəlikdən ölüb
- İki bacının öldüyü yanğınla bağlı RƏSMİ AÇIQLAMA
- İki qadını maşınla vurub öldürən sürücü tutuldu
- İki futbolçuya ömürlük cəza verildi
- İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib