Sabahdan Almatıda "narıncı" terror təhlükəsi səviyyəsi ləğv olunacaq


17:48     06 Fevral 2022 22_02_06_1644151733.jpg

Sabahdan Almatıda terror təhlükəsi ilə bağlı yüksək – “narıncı” səviyyə ləğv olunacaq.

Femida.az -ın xəbərinə görə, bu barədə Almatı şəhər Terrorizmlə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.


Qeyd edilib ki, şəhərdə vəziyyətin stabilləşməsi ilə əlaqədar belə bir qərar qəbul olunub. Beləliklə, 7 fevral saat 00.00-dan Almatıda "narıncı" terror təhlükəsi səviyyəsi ləğv olunacaq. Bununla belə, hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirəcəklər.

Açar sözlər:

Oxunub: 2873