Lənkəranda avtomobil yeniyetmə velosipedçini vurub


19:31     06 Fevral 2022 22_02_06_1644157923.jpg

Lənkəranda avtomobil 12 yaşlı velosipedçini vurub.

Femida.az -ın verdiyi xəbərə görə, hadisə Lənkəran-Baradigah yolunun Şağlaser kəndindən keçən hissəsində baş verib.

Belə ki, Şağlaser kənd sakini, 2010-cu il təvəllüdlü Şahmurad Şahlar oğlu Əzimovu velosipedlə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Mürşüd Dadaş oğlu Əhədovun idarə etdiyi “Niva” markalı avtomobil onu vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ş.Əzimova sağ bazunun kəsilmiş yarası diaqnozu qoyulub və o əməliyyat edilib.

Hadisəyə səbəb kimi avtomobilin idarəetmədən çıxaraq səkiyə çıxdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 416