Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb


12:30     07 Fevral 2022 22_02_07_1644217662.jpg

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Femida.az-a verilən məlumata görə, fevralın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 10 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 51,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Açar sözlər:

Oxunub: 429