İstehlaka yararsız müxtəlif növ dondurma məhsulları məhv edilib


11:12     08 Fevral 2022 22_02_08_1644302654.jpg

İstehlaka yararsız müxtəlif növ dondurma məhsulları məhv edilib.

Bu barədə Femida.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 26 adda, 16,046.15 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Açar sözlər:

Oxunub: 359