Kürdəmirdə Gəncə sakinləri külli miqdarda heroinlə saxlanılıblar


20:53     09 Fevral 2022 22_02_09_1644418437.jpg

Kürdəmirdə Gəncə sakinləri külli miqdarda heroinlə iş başında yaxalanıblar.

Femida.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyatı nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Yusubov Nicat Elgiz oğlu saxlanlıb.

Nicat Yusubov saxlanılan zaman onun üzərində 1 kq 20 qram narkotik vasitə olan heroin və 365 qram narkotik vasitə olan qurudulmuş mariuxana aşkar edilib.

Bundan başqa, Mürsəlov Tural Laçın oğlundan isə 0,850 qram psixotrop maddə olan metamfetamin götürülüb.

Faktla bağlı cinayət işi açılıb və istintaq davam edir.

Açar sözlər:

Oxunub: 670