Göygöldə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


13:28     10 Fevral 2022 22_02_10_1644473703.jpg

Göygöl rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Femida.az
xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə verilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib, hazırlıq iclası fevralın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Göygöl rayonunda qeydə alınıb. Çaylı kəndində 1986-cı il təvəllüdlü H.Əsgərov şəxsi münasibətlər zəminində mübahisə zamanı 1993-cü il təvəllüdlü Ayxan Hüseynlini bıçaqlayaraq öldürüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

H.Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 602