Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var


14:55     10 Fevral 2022 22_02_10_1644474563.jpg

Göygöldə avtomobillərin toqquşması zamanı xəsarət alanlardan ikisinin şəxsiyyəti məlum olub.

Femida.az -ın məlumatına görə, bunlar "VAZ-2107" markalı avtomobillərdən birinin sürücüsü, Mustafa Namazov və onun sərnişini, Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Müşfiq Namazovdur. Yaralılar xəstəxanaya yerləşdirilib. M.Namazovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, qəza nəticəsində digər avtomobildə də xəsarət alanlar var.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 509