Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq


15:14     10 Fevral 2022 22_02_10_1644475084.jpg

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.

Femida.az xəbər verir ki, ona qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Gürcüstan Baş Prokurorluğundan bildirilib ki, isnidentə səbəb it dişləməsi olub. İstintaq materiallarına əsasən, A.Məmmədov qisas məqsədilə Ə.İsmayılova bir neçə bıçaq xəsarəti yetirib. Gənc xəstəxanada dünyasını dəyişib.

Prokurorluq yeniyetmə ilə bağlı həbs qətimkan tədbirinin seçilməsi üçün Rustavi Şəhər Məhkəməsinə müraciət edib.

Soydaşımızın günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xatırladaq ki, qətl hadisə fevralın 8-i gecə saatlarında baş verib. Qətlə yetirilən şəxs evli olub, onun 4 aylıq övladı var.

Açar sözlər:

Oxunub: 509