Kürdəmirdə 44 yaşlı kişini qatar vurub


16:27     17 Fevral 2022 22_02_17_1645093642.jpg

Kürdəmirdə dəmir yolundan keçmək istəyən piyadanı qatar vurub.

Femida.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 44 yaşlı Azər Afin oğlu Babaşov dəmir yolundan keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarət alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 621