Salyanda ağır yol qəzası olub, ölən və yaralananlar var


09:58     18 Fevral 2022 22_02_18_1645163983.jpg

Salyan rayonunda baş verən yol qəzasında yaralılardan birinin şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, bu, Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızıdır.

Digərlərinin də şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılardan birinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza zamanı ölən şəxsin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 512