Komitədən intihar edən işçi barədə açıqlama


17:06     14 Yanvar 2016 142.jpg



Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşının intihar etməsi barədə məlumat vermişdik.


Yaxınlarının mətbuata verdiyi məlumata görə Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib.

Femida.az məsələ ilə bağlı Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının açıqlamasına görə, Kamal Yaqubov ən nümunəvi və gənc kadr olub. Komitə rəsmisi deyib ki, K.Yaqubovun hər hansı ruhi, psixoloji probleminin olmağını hiss etməyib. Onu da əlavə edib ki, borclu olması barədə də məlumatsızdır.

“Hadisənin hansı səbədən baş verdiyi Gəncə şəhər prokurorluğunun araşdırmasından sonra bəlli olacaq”, deyə Fazil Talıblı bildirib.

Qeyd edək ki, intihar xəbərini Qafqazinfo saytı yayıb.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2769