AMEA-nın professoru vəfat edib


10:16     18 Fevral 2022 22_02_18_1645164821.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Aydın Abiyev vəfat edib.

Femida.az xəbər verir ki, alim 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Abiyev 28 aprel 1936-cı ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirib.

A.Abiyev əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. O, 1981-1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Açar sözlər:

Oxunub: 629