DFNX-də 20 yanvar faciəsi anıldı


17:12     14 Yanvar 2016 20_january_by_aze_hack-d5qhrif.png

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2015-ci il tarixli tapşırığına əsasən 20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində 20 yanvar faciəsinin 26-cı ildönümü anılıb.


Femida.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev 20 yanvar faciəsini bəşər tarixində Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biri kimi qeyd edib, Bakı şəhərində sovet ordusu tərəfindən dinc əhalinin vəhşicəsinə gülləboran edilməsini, yüzlərlə qocaların, uşaqların, qadınların tankların altında əzilməsini qeyd edib.

Bildirilib ki, bu təcavüz Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini beşikdə boğmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası öz çirkin məqsədlərinə çata bilmədi. Azərbaycan xalqı vəhşiliklə həyata keçirilən bu cəza tədbirindən qorxmadı, əksinə azadlıq arzularının həyata keçirilməsinə nail oldu.

Xalqımız 1990-cı ilin 20 yanvarını qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Azərbaycan xalqı bu sınaqdan qəhrəman bir döyüşçü kimi çıxdı. Cinayətin törədilməsində birbaşa rolu olan o vaxtkı xəyanətkar Azərbaycan rəhbərləri bu faciəyə siyasi qiymət verməkdən belə imtina etdilər. Faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib Bakıda baş verən faciə barədə bütün dünyaya həqiqəti çatdırdı. Azərbaycan xalqına baş sağlığı verdi. 20 yanvar faciəsinə yalnız Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə siyasi qiymət verildi və bu cinayətin səbəbləri, günahkarları bütün dünyaya açıqlandı.

Ulu Öndəri Heydər Əliyev tərəfindən "20 yanvar - Ümumxalq Hüzn Günü" elan edildi. Respublikanın bötün şəhər və rayonlarında, idarə və müəssisələrində, xarici ölkələrdəki səfirliklərimizdə, diaspor təşkilatlarında anma mərasimləri keçirilir.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəhid ailələrinə və 20 yanvar faciəsində sağlamlıqlarını itirənlərə göstərilən maddi yardımlar ilbəil artırılır. Bütün bunlar göstərir ki, 20 yanvar faciəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaq, 20 yanvar şəhidlərinin nurlu xatirəsi azərbaycanlıların və bütün dünya türklərinin qəlbində əbədi yaşayacaqdır.

Tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarından İlham Bayramov, Daməd Sultanov və Yaqub İbrahimov öz çıxışları ilə 20 yanvar faciəsi barədə fikirlərini bildiriblər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar komitəsinin sədri Hidayət Kazımov çıxış edib.

Açar sözlər:

Oxunub: 1181


Oxşar xəbərlər