Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib


21:30     18 Fevral 2022 22_02_18_1645205448.jpg

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib.

Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Sənədlə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış saziş təsdiq edilib.

Açar sözlər:

Oxunub: 714