Lənkəranda yük avtomobili ilə minik avtomobilləri toqquşub, yaralılar var


14:35     19 Fevral 2022 22_02_19_1645259761.jpg

Lənkəranda yük avtomobili ilə minik avtomobilləri toqquşub, yaralılar var.

Femida.az -ın verdiyi xəbərə görə, hadisə rayonun Lənkərandan Astara istiqamətindəki magistralda, (Köhnə Ələt-Astara) Səpnəkəran kəndi ərazisində baş baş verib.

"Ford" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Bürcəli kənd sakini Elvin Əhməd oğlu Əhmədli və 2003-cü il təvəllüdlü Xanbulan kənd sakini Habil Ruslan oğlu xəsarət alıblar.

Əhmədli Elvin Əhməd oğlunun vəziyyəti daha ağır qiymətləndirilir. Təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan E.Əhmədliyə baş beynin qapalı əziyi diaqnozu qoyulub. Bundan başqa, o müxtəlif bədən xəsarətləri də alıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 586