Şəkidə avtomobil aşıb, xəsarət alanlar var


19:24     19 Fevral 2022 22_02_19_1645291525.jpg

Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, Şəkinin Oraban kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Honda" markalı minik avtomobili sərt döngədə idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 550