Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb


13:20     20 Fevral 2022 22_02_20_1645338076.jpg

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı həmvətənlərini ölkəni tərk etməyə çağırıb.

Femida.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

“Ukraynada qalmasına əsaslı səbəbi olmayan bütün Fransa vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunur. Həmçinin bu ölkəyə bütün səfərlərin təxirə salınması da arzuolunandır”, - XİN-dən bildiriblər.

Qeyd edilir ki, Ukraynadakı bütün fransızlar ölkənin şimal-şərqinə səfər etməməlidirlər.

Bundan əvvəl Almaniya və Avstriya xarici işlər nazirlikləri öz vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görüb.

Açar sözlər:

Oxunub: 478