Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?


09:30     21 Fevral 2022 2022/02/koronavirus-(3)_1645383471.jpg

Koronavirusa yoluxma şübhəsi ilə əlaqədar yaxma analizi vermək sərf etmir. Cavab pozitiv olarsa evdə qalmalısan, bu isə əmək haqqının azalması deməkdir. Ona görə də bəzi insanlar xəstə olduğunu gizlədərək, işinə davam edir. Bu fikirlər "Xəzər Xəbər"in votsap nömrəsinə səs göndərən bir vətəndaş tərəfindən iddia edilib. Bəs görəsən bu məsələ qanunvericilikdə necə tənzimlənir ?

Koronavirusa yoluxma şübhəsi ilə bağlı analiz vermək sərf etmir. Cavab pozitiv çıxarsa evdə qalmalısan. Bu isə əmək haqqının azalması deməkdir. Bu fikirlər bir vətəndaş tərəfindən səsləndirilərək, "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

Vətəndaş deyir ki, əksər insanlar məhz bu səbəbə görə məcbur qalıb xəstə olduğunu gizlədirlər.

Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, müvəqqəti əmək qabiliyyətini itirməyə görə əmək müqaviləsi ilə işləyən işçilərə müavinətlər nəzərdə tutulub. Lakin buna görə həm işçinin azı 6 ay sığortası olmalı, həm də məşğul olduğu fəaliyyət sığortalı olmalıdır. Əgər işçinin sığorta stajı 12 ildən çoxdursa, bu zaman ona əmək haqqı tam verilir. İlk 14 günün pulu işə götürənin, qalan hissə isə Dövlət Sosial Sığorta Fondunun vəsaiti hesabına ödənilir.

Sahib Məmmədovun sözlərinə görə, peyvənd qəbul etdikdən sonra ağırlaşma olarsa, əmək haqqı vətəndaşa 100% ödənilməlidir.




Açar sözlər:

Oxunub: 1640