Vertolyotumuz erməni naziri qorxutdu
16:08 29 May 2015
Azərbaycanın mülki vertolyotu erməni hərbçilərini qorxudub.
"O, qoşunların təmas xəttinin yaxınlığından keçdi, buna görə də biz lazımi tədbirlər gördük ", - deyə ermənilərin baş strateqi Seyran Ohanyan jurnalistlərin qarşısında öyünüb.
"Vertolyot mülki idi və sakit şəkildə uçuşunu davam etdi", - deyə erməni müdafiə naziri bildirib.
"Biz təmkin göstəririk və heç bir təxribata getmirik ki, atəşkəs rejiminə riayət edilsin",- deyə erməni hərbçi iddia edib.
Yerli ekspertlər hesab edir ki, erməni tərəfi Azərbaycan əsgərlərinin düşmənin nəzərəçarpacaq itkilərinə səbəb olmuş cavab zərbəsindən sonra bu addımı atmağa məcbur olub.
Ermənistan hərbi nazirinin jurnalistlərə dediyi sözlərə baxın: "Biz bütün təxribatlardın bütünlüklə imtina etdik". Deməli, Ohanyan əvvəllər təxribatların törədildiyini etiraf edib.
Belə olan halda, ATƏT-in Minsk qrupunun həmsədrləri niyə bununla bağlı heç nə danışmırlar? Sanki ağzına su almış adamlar kimi susurlar.
Oxunub: 993
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR