Qubada narkokuryerlər saxlanılıb


17:11     22 Fevral 2022 22_02_22_1645523062.jpg

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri - Sahil Məmmədov, Hüseyn Məmmədov və Siyəzən rayon sakini Eldar İlyasov saxlanılıblar.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, onların üzərindən külli miqdarda, yəni 1 kiloqramdan artıq heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etdikləri məlum olub.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Quba rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Açar sözlər:

Oxunub: 579