Zelenski: "Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində görüşü razılaşdırdıq"


18:55     27 Fevral 2022 22_02_27_1645970147.jpg

"Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq".

“Report” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün feysbukdakı hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 716