Lənkəranda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb


20:47     28 Fevral 2022 22_02_28_1646065702.jpg

Lənkəran rayonunda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.

hadisə Göyşaban kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Xəyal Ağacəfər oğlu Qasımov fevralın 27-də Bakıdan ailəsi ilə birlikdə Lənkərana gəlib. Həyat yoldaşı və iki azyaşlı övladını qaynatasıgildə qoyaraq ata evlərinə gedib. Ertəsi gün mərhumun qaynı yeznəsinin gəlmədiyini görüb onun ata evinə gəlib. Qapının bağlı olduğunu görərək geri qayıdıb. Daha sonra ailə üzvləri təkrar gəlib və pəncərədən evə daxil olanda onu huşsuz halda görüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. X.Qasımovun bir müddət əvvəl keçindiyi məlum olub. Onun dəm qazından öldüyü ehtimal edilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır

Açar sözlər:

Oxunub: 584