Göygöldə yeniyetmə bacılar dəm qazından zəhərləniblər


20:47     04 Mart 2022 22_03_04_1646423291.jpg

Göygöl şəhərində 2 nəfər dəm qazından zəhərlənib.

Hadisə Göygöl şəhərində qeydə alınıb. Yerli sakinlər - 2009-cu il təvəllüdlü S.Həsənova və bacısı, 2010-cu il təvəllüdlü T.Həsənova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 536