İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb


12:14     05 Mart 2022 22_03_05_1646463518.jpg

İsmayıllı rayonunun Tircan kəndində fəaliyyət göstərən “Girdiman” marketdə aparılmış yoxlama zamanı yararlılıq müddəti bitən, istehlaka yararsız qida məhsulları aşkarlanıb.

Bu barədə Femida.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Aşkar edilən faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların satışının qarşısı alınaraq məhv edilib.

Açar sözlər:

Oxunub: 542