Biləsuvarda avtomobil yeniyetməyə ağır xəsarət yetirib


10:27     07 Mart 2022 22_03_07_1646630881.jpg

Biləsuvar rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Dərvişli kəndində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Bağırlı Lamiyə Siyasət qızını vurub.

Ağır xəsarətlər alan azyaşlı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 477