Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb


10:25     09 Mart 2022 22_03_09_1646799999.jpg

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada-2110” markalı avtomobillə Ceyhun Süleymanovun idarə etdiyi “Vaz-21015” markalı avtomobil toqquşub.

Qəza zamanı Ceyhun Süleymanov, onun həyat yoldaşı və övladı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 411