DSMF sədri qəbul keçirəcək


14:57     15 Yanvar 2016 elman_mehdiyev_23071583.jpg

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 22 yanvar 2016-cı il tarixdə, saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.


Fonddan Femida.az-a verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Qusar rayon şöbəsində (02338) 5-40-94

Quba rayon şöbəsində (02333) 5-26-15

Xaçmaz rayon şöbəsində (02332) 5-05-25

Şabran rayon şöbəsində (02335) 3-39-48

Siyəzən rayon şöbəsində (02330) 4-09-04

Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Açar sözlər:

Oxunub: 835