Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları” barədə iş qaldırıb


16:12     10 Mart 2022 22_03_10_1646912755.jpg

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparıb.

Bu barədə Femida.az-a qurumdan bildirilib.

Məlumata görə, araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barədə iş qaldırılıb.

Açar sözlər:

Oxunub: 451