Salyanda yanğın olub, ölən var


09:11     12 Mart 2022 22_03_11_1647022836.jpg

Salyan rayonunda yanğın baş verib.

hadisə “Salyan qida məhsulları İstehsalat Kommersiya Şirkəti” MMC-nin ərazisində qeydə alınıb.

Belə ki, şirkətin ərazisində istifadəyə yararsız taxta yeşiklər və tullantılar yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın baş verən ərazidən təxminən 10 metr kənarda 1996-cı il təvəllüdlü Yarıyev Nahid Camal oğlunun meyiti aşkar edilib. İlkin məlumata görə, o, elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 409