Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var


09:54     14 Mart 2022 22_03_13_1647201364.jpg

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

E.Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C.Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi göstərilir. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 418


Oxşar xəbərlər