Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb


09:11     17 Mart 2022 22_03_17_1647494882.jpg

Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah daşımaqda şübhəli bilinən şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər soyğunçuluq cinayəti törətdiyinə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Ramin Talıbov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş (obrez), atəşə yararlı tüfəng aşkarlanaraq götürülüb.

R.Talıbov ifadəsində odlu silahı bir neçə il əvvəl Göyçay çayının sahilindən tapdığını və yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı Göyçay RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 483