Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb


13:57     17 Mart 2022 22_03_17_1647508721.jpg

Şəki sakini itkin düşüb.

Hadisə martın 13-də rayon ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Natiq Səfərov işləmək adı ilə yaşadığı evdən çıxaraq Bakı şəhərinə gəlib.

Polis əməkdaşlarına müraciət edən ailə üzvləri ondan bir daha xəbər ala bilmədiklərini qeyd ediblər.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 480