Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib


16:14     17 Mart 2022 22_03_17_1647511211.jpg

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Marneuli rayon şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsidnə 1977-ci il təvəllüdlü V.V. adlı şəxs saxlanılıb.

Femida.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Həmin şəxs soyğunçuluq törətdiyinə görə 2002-ci ildən axtarışda olub. O, Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində məhkum kimi həbs edilib və cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Açar sözlər:

Oxunub: 513