Xaçmazda 42 yaşlı kişi bıçaqlanıb


20:14     19 Mart 2022 22_03_19_1647703559.jpg

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, şəhər sakini, 1980-ci il təvəllüdlü Elman Qəzənfər oğlu Namazov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

E.Namazova döş qəfəsinin ön nahiyəsinin sağdan kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən şəxsin kimliyinin təyin edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Faktla bağlı araşdırma başlanılıb.

Açar sözlər:

Oxunub: 335