Gəncədə evə silahlı basqın olub, ana və oğluna xəsarət yetirilib


15:14     20 Mart 2022 22_03_20_1647770167.jpg

Gəncə şəhərində evə edilən silahlı basqının təfərrüatları məlum olub.

Femida.az-ın məlumatına görə, fərdi yaşayış evinə gizli yolla daxil olan iki maskalı şəxs evdə olan 1975-ci il təvəllüdlü Namazov Xəyyam Rasim oğlu və onun anası, 1950-ci il təvəllüdlü Xurşid Əli qızı Namazovaya xəsarət yetiriblər.

Belə ki, maskalı şəxslər odlu silahın qundaq hissəsi ilə X.Namazovun baş nahiyəsinə zərbə endiriblər, qadına isə kəsici alətlə xəsarətlər yetiriblər.

Daha sonra yaranan səs-küyə görə basqınçılər evdən qaçıblar. Hadisə ilə bağlı polisə məlumat verilib və araşdırmalara başlanılıb

Açar sözlər:

Oxunub: 414