Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var


09:12     21 Mart 2022 22_03_20_1647802009.jpg

Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Könüllü kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 355