Ukraynanın Sumı şəhərində kimya zavodunda sızma olub


13:47     21 Mart 2022 22_03_21_1647856052.jpg

Ukraynanın Sumı şəhərində “Sumıximprom” kimya sənayesi zavodunda ammonyak sızması baş verib.

Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Sumı administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

"Diqqət! 21.03.2022. 04.30. “Sumıximprom”dan ammonyak sızması! Təxminən 5 km radiuslu məhv zonası!", - o qeyd edib.

Jivitski həmçinin xatırladıb ki, ammonyak kəskin, boğucu qoxu, partlayıcı və zəhərli rəngsiz qazdır. O, havadan yüngüldür, buna görə də qorunmaq üçün sığınacaqlardan, zirzəmilərdən və evlərin aşağı mərtəbələrindən istifadə etmək lazımdır.

Açar sözlər:

Oxunub: 665