Biləsuvarda tutulan narkokuryerin çantasından 16 kq narkotik aşkarlanıb
12:48 25 Mart 2022
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 16 kiloqrama yaxın əsasən güclü təsir edən xassəyə malik olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayonunun Qobu qəsəbəsinin sakini Şahin Nəzərli Biləsuvar rayonu ərazisində saxlanılıb.
Keçirilən baxış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda 14 kiloqram 335 qram narkotik vasitə heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Ş.Nəzərlinin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və onun vasitəsilə əldə etdiyi narkotik vasitələri deyiləcək yerlərə çatdırmaqla satışını təşkil etməli olduğu müəyyən edilib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən təkcə son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 14 fakt aşkarlanıb. Nəticədə 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Oxunub: 354
Oxşar xəbərlər
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Biləsuvarda yol qəzasında xəsarət alan şəxs ölüb
- Biləsuvarda Cəbrayıl sakini intihar edib
- Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub
- Biləsuvarda 37 yaşlı kişi bıçaqlanıb
- Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var
- Biləsuvarda avtomobillər toqquşub, ölən var